Ərdoğan amerikalı diplomatları məhkəməyə verəcək
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, buna səbəb “WikiLeaks” saytında dərc olunan amerikalı diplomatların məxfi yazışmalarında Rəcəb Tayyib Ərdoğanın İsveçrədə 8 müxtəlif bank hesabının olduğunu qeyd etmələridir.
Rəcəb Tayyib Ərdoğan sədri olduğu AKP-nin İdarə Heyətində məsləhətləşmələrdən sonra məhkəməyə üz tutmağa qərar verib. İdarə Heyətinin dünən axşam keçirilən iclasında diplomatik yazışmalarda adları çəkilən bütün AKP üzvlərinin məhkəməyə üz tutması məqbul sayılıb. Rəcəb Tayyib Ərdoğanın məhkəməyə verəcəyi diplomatlar sırasında ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelman da var.
“Sabah” qəzeti yazır ki, Ankara amerikalı diplomatlarla bağlı məhkəmənin bir neçə variantını nəzərdə tutub. İddia Türkiyədəki yerli məhkəmələrə, ABŞ məhkəmələrinə, o cümlədən Haaqadakı Beynəlxalq Məhkəməyə ünvanlana bilər.

521