Misir müxalifəti qanlı seçki prosesindən çəkildi
Misirdə parlament seçkilərinin ikinci turunda iki əsas müxalif qüvvə iştirak etməyəcək. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, fəaliyyəti qadağan edilən və bu səbəbdən seçkiyə müstəqil namizədlərlə qatılan Müsəlman Qardaşlar Hərəkatı bazar günü keçiriləcək ikinci turda heç bir namizədinin iştirak etməyəcəyini açıqlayıb.
Liberal mövqeli Vafd Partiyası da saxtakarlıqları əsas gətirərək ikinci turdan çəkildiyini bəyan edib.
Qeyd edək ki, noyabrın 28-də keçirilən birinci turda prezident Hüsnü Mübarəkin başçılıq etdiyi Milli Demokratik Partiya parlamentdəki yerlərin 40 faizini qazanıb. Mövcud parlamentdəki yerlərin beşdə birinə sahib olan Müsəlman Qardaşlar Hərəkatının namizədləri isə heç bir yerdə 50 faiz səs toplamayıb, hərəkatın cəmi 26 namizədi ikinci tura keçib. Seçkilərdə təbliğat kampaniyası və səsvermə günü toqquşmalar olub, 16 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

520