İstanbul 2012-ci ildə Avropanın idman paytaxtı olacaq
01 dekabr 2010 19:12 (UTC +04:00)

İstanbul 2012-ci ildə Avropanın idman paytaxtı olacaq

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İstanbul idman paytaxtı titulunu qazanmaq üçün keçirilәn yarışda Belçikanın Anvers şәhәrini vә İngiltәrәnin Qaller bölgәsinin mərkəzi Kardif şəhərini geridә qoyub.

İstanbulun 2012 idman paytaxtı olduğunu göstәrәn plakat Brüsseldәki Avropa Parlamentindә keçirilәn mәrasimdә İstanbulun bәlәdiyyә başqanı Kadir Topbaşa tәqdim edilib. Kadir Topbaş mәrasimdә İstanbul bәlәdiyyәsinin idman sahәsindә bir çox fәaliyyәt göstәrdiyini, şәhәrdә yaşayan hәr kәsin idmanla mәşğul olmasını istәdiklәrini söylәyib.

Dövlәt naziri vә baş müzakirәçi Әgәmәn Bağış da mәrasimdә çıxış edib, Roma, Bizans vә Osmanlı imperiyalarına paytaxtlıq edәn İstanbulun bu gün Avropanın mәdәniyyәt paytaxtı, 2012-ci ildә isә idman paytaxtı olmasını təbii sayıb. İstanbulun Avropanın idman paytaxtı seçilmәsindәn qürur duyduğunu bildirәn milli basketbolçu İbrahim Kutluay ehtiyac duyulan hәr sahәdә dәstәyini əsirgəməyəcəyini dilə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar