ABŞ-dan İrana yeni qadağa
01 dekabr 2010 14:07 (UTC +04:00)

ABŞ-dan İrana yeni qadağa

Lent.az-ın “RBK” agentliyinə istinadən məlumatına görə, Ağ Ev atom silahı yaratmaqda şühbəli bildiyi üçün İrana qarşı yeni qadağa tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin yeni “qara” siyahısına İslam Respublikasının “Bank-Millət” dövlət bankı, dəniz daşmaları ilə bağlı olan 10 şirkəti və bu şirkətlərə rəhbərlik edən 5 nəfər düşüb. Onların ABŞ-ın hüquqi səlahiyyətləri alıtnda olan maliyyə qurumlarındakı hesabları dondurulacaq.

“İran hakimiyyəti qanundankənar fəaliyyət göstəmək üçün hələ də saxta şirkətlərdən istifadə edir. Biz onların ABŞ-ın və BMT-nin sanksiyalarından yayınmaq üçün bu sayaq fəaliyyətinin qarşısını alacağıq” - deyə, Amerika maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Levi söyləyib.

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi ötən ay Almaniya, Malta və Kiprin yunan hissəsində qeydiyyatdan keçmiş 37 şirkətə sanksiya tətbiq etmişdi. Oktyabrın əvvəlində isə ABŞ Dövlət Departamenti dünyanın aparıcı şirkətlərini İranın atom-nüvə proqramı ilə bağlı olan neft-qaz sənayesinə sərmayə qoymağı dayandırmağa çağırmışdı.

Yeri gəlmişkən, bu sanksiya elan olunmazdan öncə Amerika Hərbi qərargahları birləşmiş komitəsinin komandanı, admiral Mayk Mallen “CNN”ə müsahibəsində bildirmişdi ki, Birləşmiş Ştatlar artıq kifayət qədər uzun müddətdir İranla bağlı problemin hərbi yolla həlli məsələsini nəzərdən keçirir.

Mayk Mallen daha sonra bildirib: “İranın atom-nüvə proqramının dinc məqsdəli olmasına inanmıram. Xüsusi xidmət orqanların əldə etdiyi məlumatlara əsasən, İran nüvə silahı yaratmaq niyyətindədir”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar