Gürcü diplomatiyası şokdadır
30 noyabr 2010 13:46 (UTC +04:00)

Gürcü diplomatiyası şokdadır

Lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, “Wikileaks” saytında Latviya xarici işlər naziri və ABŞ-ın bu ölkədəki səfiri arasında gedən söhbətin məzmunu ilə bağlı yayımlanan məxfi sənəd bunu üzə çıxarıb.


Sənədə görə, müharibə dövründə bir neçə gürcü diplomatı Rusiyanın lehinə, Gürcüstanın əleyhinə iş aparıb. Söhbət zamanı Latviya xarici işlər naziri təəccüblə bildirib ki, Konstantin Korkeliya Gürcüstanın Cənubi Osetiyanı işğal etdiyini söyləyib.


“İmedi” telekanalı Konstantin Korkeliya ilə əlaqə saxlamağa cəhd göstərsə də, onun telefonu cavab verməyib. Həm də telefonda rus dilində danışan operatorun səsi eşidilib.


Gürcüstan hökuməti hələ məsələ ilə bağlı rəsmi şərh verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar