Hillari Klinton “Wikileaks”ın ifşa etdiyi amerikalı diplomatlarla qürur duyduqlarını söylədi
ABŞ dövlət katibi Hillari Klinton Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında Hillari Klinton “Wikileaks” saytında yayımlanan məxfi diplomatik sənədlərdən danışıb.
Əhməd Davudoğlu ilə bu mövzuda müzakirə apardıqlarını deyən Hillari Klinton bildirib ki, ABŞ məxfi sənədlərin qanunsuz şəkildə yayımlanmasını qınayır. Onun sözlərinə görə, yayımlanan məlumat və sənədlər tək ABŞ-ın xarici siyasətdə maraqlarına yönəlik bir hücum deyil, bu, insan həyatını, qlobal təhlükəsizliyi təhdid edir və ortaq problemləri digər ölkələrlə birlikdə həll etmək səylərini təhlükə altında qoyur.
Həqiqətən bu sənədlərin Dövlət Departamentindən oğurlandığını təsdiqləməyəcəyini və bu mövzuda şərh verməyəcəyini dilə gətirən Hillari Klinton qeyd edib ki, bu şəkildə ifşa edilən və məxfi qalması gərəkən sənədlərin ortaya çıxmasından ABŞ dərin üzüntü duymaqdadır: “Bizim rəsmi xarici siyasətimiz bu mesajlarla müəyyənləşmir, xarici siyasət Vaşinqtonda müəyyənləşir. Dünyada fəaliyyətimiz ABŞ xarici siyasətinin təzahürləridir”.
Bu məxfi məlumatları oğurlayan insanların yaxalanması məsələsində sərt addımlar atdıqlarını vurğulayan dövləti katibi dövlət səviyyəsində məlumatların qorunması üçün yeni təhlükəsizlik tədbirləri görüləcəyini bildirib: “Bəziləri bu sənədlərin ifşasına görə məsuliyyət daşıyan insanları alqışlayırlar. Bu, məsum insanların fəaliyyətini təhlükəyə atılması fonunda düzgün bir münasibət deyil. Bu məxfi sənədlər diplomatların şəxsi müşahidələrini və münasibətlərini ortaya qoyur və ABŞ xarici siyasəti bu mesajlarla müəyyənləşmir. Yuxarıda da dediyim ki, Vaşinqtonda müəyyənləşir və prezidentlə mən həmişə məqsədlərimizlə bağlı açıq davranmışıq. Diplomatlarımızın fəaliyyəti ilə qürur duyuruq. Son günlər dünyadakı həmkarlarım ilə görüşdüm. Hər birimiz əsl görülməli işlər üzərində diqqətimizi cəlb etməli olduğumuz qənaətinə gəldik. Ortaq maraqlarımızla bağlı fəaliyyətlərimizdə problem yaranacağını düşünmürəm”.
O, yayımlanan məxfi sənədlər nəticəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirin İrana mənfi münasibət bəsləməsinin və bu ölkəyə hərbi zərbə endirilməsinin tərəfdarı olmalarının üzə çıxmasına da münasibət açıqlayıb: “Bu sənədlərdə İranın təhlükə mənbəyi olduğunu görəndə təəccüblənmədim. Ortaqlarımızla görüşlərdə hamısının İranın niyyətləri ilə bağlı ehtiyatlandıqlarını görürəm. Xəbərə çevrilən bir çox sözlər əksər qonşuları tərəfindən İranın təhlükə mənbəyi sayıldığını üzə çıxarır. İrana qarşı addımlar məhz ABŞ tərəfindən istənildiyi üçün həyata keçirilmədi. Ölkələr İranın fəaliyyəti ilə bağlı sübutlarını dəyərləndirdilər və sonda sanksiyaların qəbul edilməsinə qərar verdi”.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mətbuat konfransında Hillari Klintonun məxfi diplomatik sənədlərdə adı keçən türkiyəli rəsmilərdən üzr istədiyini söyləyib. O, bu olayın Türkiyə-ABŞ münasibətlərində problemə yol açmayacağını vurğulayıb.

695