Ekvador “Wikileaks” saytının qurucusuna sığınacaq təklif etdi
30 noyabr 2010 10:52 (UTC +04:00)

Ekvador “Wikileaks” saytının qurucusuna sığınacaq təklif etdi

Ekvador xarici işlər naziri Kintto Lukas qalmaqallı “Wikileaks” saytının qurucusu Culan Assanja ölkəsində qaçqın statusu ilə yaşamağı təklif edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Kintto Lukas deyib ki, “Wikileaks” saytının qurucusuna Ekvadorda nəinki internetdə, digər KİV-lərdə də informasiyalar yerləşdirmək imkanı yaradılacaq.

Culan Assanja hələlik təklifə reaksiya verməyib.

Qeyd edək ki, avstraliyalı Culan Assanja cinsi zorakılıqda təqsirləndirilir və bu il noyabrın 20-də İsveç Prokurorluğu “İnterpol” xətti ilə onun haqqında axtarış elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar