Mahmud Əhmədinejadı döyüblər
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Wikileaks” saytının yaydığı məxfi diplomatik sənədlərdə yazılıb.
Mahmud Əhmədinejadın İslam İnqilabını Mühafizə Korpusunun komandanı Məhəmməd Əli Cəfəridən yumruq zərbəsi aldığı bildirilir. Sənədlərə görə, İran prezidenti bir toplantı zamanı media azadlığı ilə bağlı mübahisəyə girişib və mühafizəkarlığı ilə seçilən Mahmud Əhmədinejad sürpriz bir şəkildə mediaya daha çox müstəqillik verilməsini istəyib. Buna hirslənən Məhəmməd Əli Cəfəridən mübahisəyə başlayıb və mübahisə böyüyüncə Mahmud Əhmədinejada bir yumruq endirib.
Qeyd edək ki, İslam İnqilabından sonra qurulan İslam İnqilabını Mühafizə Korpusu birbaşa dini lider Əli Xəmneyiyə bağlıdır və yalnız ondan əmr alır. 125 min aktiv əsgəri olan bu qüvvə ötən illər ərzində böyük iqtisadi gücə sahib olub və son 3 seçkidə sabiq üzvlərini parlamentdə yerləşdirməyə başlayıb. İslam İnqilabını Mühafizə Korpusunun komandanlığı bir zaman onların sıralarında olmuş Mahmud Əhmədinejadı veclərinə almır. Onların icazəsi olmadan mətbuatda bir şərh yazmaq belə mümkün deyil.

532