Ötən il dünyada minatəmizləməyə 449 milyon dollar xərclənib
30 noyabr 2010 02:49 (UTC +04:00)

Ötən il dünyada minatəmizləməyə 449 milyon dollar xərclənib

Eyni zamanda keçən il son 10 il ərzində dünyada ən az mina və partlamamış hərbi sursat (PHS) hadisəsi (3956 hadisə) qeydə alınıb. Lent.az-n məlumatına görə, bu barədə “Landmine Monitor-2010” hesabatında bildirilir.

Hesabatda görülən işlərlə yanaşı, “belə bədbəxt hadisələrin sayının qeydə alınan rəqəmlərdən yüksək olduğu” da ehtimal edilir.

“Landmine Monitor-2010” hesabatında yer alan bilgilərə görə, ötən il dünyada minatəmizləməyə 449 milyon ABŞ dolları sərf olunub. Bunun 80%-i ABŞ-ın payına düşüb. Ən çox yardım isə Əfqanıstanda minatəmizləməyə ayrılıb - 107 milyon dollar. Bununla belə, NATO qüvvələri hələ də Əfqanıstanda mina və PHS hadisələrindən əziyyət çəkir və bunu “bir nömrəli problem” olaraq görür.

Keçən il Rusiya piyadalar əleyhinə minaları istifadə edən dövlətlərin siyahısından çıxıb. Türkiyə, Belarus və Yunanıstan minaların ləğvi istiqamətində fəallaşıb. Lakin Ukrayna arsenalındakı minaların ləğvi üçün konkret vaxt göstərməyib. Ötən il 255 min ədəd piyada əleyhinə, 37 minədəd nəqliyyat əleyhinə mina tapılaraq zərərsizləşdirilib. Ümumilikdə bu günədək 10 il ərzində 86 dövlət öz arsenalındakı təxminən 45 milyon ədəd piyadalar əleyhinə minanı ləğv edib. Hazırda Əfqanıstanda, Kolumbiyada, Hindistanda, Myanmada, Pakistanda və Yəməndə silahlı qruplar minalardan istifadə edirlər.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar