Yarım ildə 85 dəfə evlənən cütlük!
Lent.az-ın “The Daily Mirror” qəzetinə istinadən verdiyi məlumata görə, Mark Daffild-Tomas və Deniz Daffild-Tomas yarım il ərzində bir neçə ekzotik ölkədə toy mərasimlərini keçiriblər.
Mark və Denizə 85 dəfə toy etmək imkanı toy səyahətləri təşkil edən şirkət tərəfindən seçilmələrindən sonra yaranıb. Şirkətin sorğusunda iştirak edən 30 min nəfər məhz bu gəncləri seçib. İlk dəfə 2008-ci ildə evlənən Mark və Denizin əsas vəzifəsi dünyanı gəzmək, müxtəlif ölkələrdə evlənmək və sonra da şirkətə mərasim barədə hesabat vermək olub. Cütlük öz vəzifələrini 2010-cu ilin mayından icra etməyə başlayıb.
Sevgililər üçün ən romantik toy Zanzibar kurortunda, ən qeyri-adi toy İrlandiyada olub. Onlar İrlandiyada mənfi 43 dərəcə temperaturun olduğu otaqda nikah müqaviləsi bağlamalı olublar. Deniz deyib ki, onlar bu otaqda 3 dəqiqə dözə biliblər və xüsusi qoruyucu maskada öpüşüblər, əks halda bir-birlərinə yapışarlarmış.
Cütlük Avstraliya, Tailand, Mavrikya, İndoneziya, İordaniya və digər ölkələrdə də toy mərasimləri keçiriblər. Toy sınaqları baha çatandan sonra cütlük öz sadə peşələrinə qayıtmaq niyyətindədir.

622