Tarix Əzizin edam qərarı dəyişdirildi
İraq məhkəməsi sabiq baş nazirin müvini, Səddam Hüseynin yaxın tərəfdarı Tarix Əzizin edam hökmünü 10 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə Tarix Əzizin 1982-ci ildə Səddam Hüseynə qarşı uğursuz sui-qəsd cəhdindən sonra şiələrə qanlı divan tutulmasında iştirak etdiyini təsdiqləyib.
Xatırladaq ki, İraq məhkəməsi bu il oktyabrın 26-da şiələrə divan tutulmasında iştirak etdiyi üçün Tarix Əziz haqqında edam hökmü çıxarıb. Ancaq bu qərar beynəlxalq aləmdə ciddi etirazlarla qarşılaşıb. İraq prezidenti Cəlal Təlabani də sabiq baş nazirin səhhətindəki problemləri əsas gətirərək edam hökmünə imza atmaqdan imtina edib.

563