Rəsmi Moskva “WikiLeaks” saytındakı kompromatlara şərh vermir
29 noyabr 2010 17:23 (UTC +04:00)

Rəsmi Moskva “WikiLeaks” saytındakı kompromatlara şərh vermir

Kreml amerikalı diplomatların “WikiLeaks” saytında yayılan məxfi yazışmalarına diqqət ayırmağı və şərh verməyi lazım görmür. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova söyləyib.

Mətbuat katibi bildirib ki, bu sənədlər amerikalı diplomatların xarici ölkələr və onların rəhbərləri haqqında baxışlarını əks etdirir və heç bir maraq kəsb etmir. O, amerikalıların Vladimir Putin və Dmitri Medvedevi məşhur bir kinokomediyanın qəhrəmanları olan Betmen və Robinə bənzətmələrinə də münasibət bildirib: “Çətin ki, uydurma “Hollivud” qəhrəmanları üçün şərhə ehtiyac olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar