Saakaşvili və Medvedev üz-üzə gələcəklər
Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, hər iki prezident 1-2 dekabr tarixlərində ATƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcəklər.
Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Mixail Saakaşvilinin Astanaya gedəcəyini təsdiqləyib. Nino Kalandadze deyib ki, ATƏT-in sammitində təhlükəsizlik barədə sənəd qəbul olunacaq və Tiflis üçün sənəddə Gürcüstanın maraqlarının əks olunması çox vacibdir: “Sənədin qəbulunda konsensusa gəlmək çətin olacaq, çünki Rusiya da ATƏT-in üzvüdür”.
Qeyd edək ki, bundan əvvəl Moskva bəyan edib ki, Rusiya Gürcüstanın hazırkı rəhbərliyi, şəxsən Mixail Saakaşvili ilə hansı iş görmək niyyətində deyil.
ATƏT-in sammitinə paralel olaraq GUAM ölkələrinin – Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova xarici işlər nazirlərinin də görüşü keçiriləcək.

534