Misirdə qanlı seçki
29 noyabr 2010 16:28 (UTC +04:00)

Misirdə qanlı seçki

Len.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, prezident Hüsnü Mübarəkin rəhbəri olduğu Milli Demokratik Partiyanın seçkidə qalib gəldiyi bildirilir.


Qanunsuz elan edilən və seçkilərdə müstəqil namizədlərlə iştirak edən müxalif Müsəlman Qardaşlar Hərəkatının neçə mandat qazandığı isə bəlli deyil.


Seçki günü gərginlik və toqquşmalarla yadda qalıb. Qahirə və Münifiyyədə iki nəfər öldürülüb. Portsaid şəhərində də Müsəlman Qardaşlar Hərəkatının üzvləri ilə polis arasında toqquşma olub, 15 nəfər yaralanıb. 12 seçki dairəsində səsvermə dayandırılıb.


Qeyd edək ki, Misirdə 518 yerlik parlamentin 508-ə deputatı xalq seçir, 10 deputatı isə prezident təyin edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar