Oğurlanmış atomçu: «İran nüvə silahı düzəldir»
Xəbərlərə görə, hazırda Şirani ölkənin Cənub-Şərq hissəsində, Pakistan və Əfqanıstanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində saxlanılır.
Ötən həftənin sonunda «əl-Ərəbiyyə» telekanalı «Cundullah»ın girovdan götürdüyü müsahibənin videoyazısını yayımlayıb.
Həmin müsahibədə Ə.Şirani bildirib ki, İranın «dinc» məqsədli atom-nüvə proqramının əsas hədəfi nüvə bombası əldə etməkdir. İranlı girov atomçu uranın zənginləşdirilməsi üsullarına aid gizli təlimlərdə iştirak etdiyini söyləyib. Onun sözlərinə görə, oğurlanmazdan öncə İsfahanda qohumu Əhməd Sultaninin rəhbərlik etdiyi gizli atom reaktorunda çalışıb.
Çeşidli informasiyalarla yanaşı, Şirani gizli reaktorda birgə fəaliyyət göstərdiyi bir çox atom fizikinin adını açıqlayıb. O, qeyd edib ki, onlar ABŞ və İsrailə cavab vermək üçün məqsədyönlü şəkildə nüvə silahı üzərində işləyirlər.
Xatırladaq ki, milli haqlarının təmini uğrunda mübarizə aparan bəlucların İran hakimiyyətinə qarşı silahlı mübarizəsi davam edir. Ayyarım öncə terrorçu təşkilat sayılan «Cundullah» İslam Respublikası Atom Təşkilatı əməkdaşını girov götürdüyünü bildirib.
«Cundullah» rəsmi Tehranı hədələyərək, bəyan etmişdi ki, hakimiyyət həbsdə olan 200 siyasi dustağı azad etməyəcəyi təqdirdə İranın nüvə proqramı barədə bütün gizli mətləbləri girovdan alaraq, dünyaya yayacaqlar.
«Əgər İrandakı mövcud rejim gələn həftənin əvvəlinədək siyasi məhbusları azad etməzsə, o zaman biz Əmirhüseyn Şiranidən sizin atom proqramınız haqda gizli mətləbləri əldə edib, layihənizin beynəlxalq ictimaiyyətə bəlli olmayan tərəflərini dünyaya açıqlayacağıq» - deyə, yaraqlılar bildirib.
İran hakimiyyəti isə Şiraninin nüvə energetika sahəsində mütəxəssis olmadığını bəyan edərək, onun adi «qara fəhlə» olduğunu, heç bir sirli məlumata malik olmadığını qəti şəkildə bildirmişdi. Tehranın açıqlamasına əsasən, Əmirhüseyn Şirani İran Atom Enerjisi Agentliyinin podratçı şirkətində yük maşını sürücüsü işləyib.
Yeri gəlmişkən, Şirani İranın nüvə proqramı barədə məlumat əldə etmək istəyənlərin ilk «ovu» deyil. 2007-ci ilin noyabrında 44 yaşlı aparıcı atomçu, Şiraz universitetinin professoru Ərdəşir Həsənpur naməlum şəkildə qətlə yetirildi.
2009-cu ildə İran BMT-yə rəsmi şikayət edərək, atom-nüvə proqramı sahəsində çalışan 4 iranlının ABŞ tərəfindən oğurlandığını bildirmişdi. Onların arasında Tehrandakı Malik Əştər adına universitetdən atomçu-alim Şəhram Əmiri həcc ziyarəti zamanı «yoxa» çıxmışdı. O, sonradan məlum olan Qumdakı nüvə obyektində uranın zənginləşdirilməsi zavodunun layihəsi üzərində çalışırmış.
Bir müddət sonra Əmiri ABŞ-ın Pakistandakı səfirliyindən üzə çıxıb, Mərkəzi Kəşfiyyat İdarəsini onu «oğurlamaqda» suçladı. Bir müddət sonra onun ABŞ-a təhvil verildiyi bildirildi.
Bəzi KİV-in məlumatına əsasən Əmiri Qərbə 2009-cu ilin sentyabrında məlum olan atom obyektində uranın zənginləşdirilməsi sahəsində çalışırmış.
Bu ilin yanvarında Tehran universitetinin professoru, atom-fiziki Məsud Əli Məhəmmədi yaşadığı evin yanında partlayış nəticəsində həlak olub. Hadisə zamanı daha 10 nəfərin yüngül xəsarət aldığı haqda da məlumat yayılmışdı.
İran KİV-in xəbərlərinə əsasən, M.Məhəmmədi 1979-cu il inqilabının fəallarından olub. Hakimiyyət onun ölümündən «İslam Respublikasının düşmənlərini» suçlamışdı. Daxili İşlər Nazirliyinin məsələyə dair yaydığı bəyanatda bildirilirdi: «Qətlin arxasında İsrailin dayandığını istisna etmək olmaz».
Ölkə TV-si isə «İslam İnqilabına sədaqətli universitet professorunun qətlinin arxasında əks inqilabi qüvvələrin casuslarının durduğu» barədə xəbərə yaymışdı.
Məsud Əli Məhəmmədinin «xarici düşmənlərin casuslarının» terror aktı nəticəsində öldürüldüyü iddia edilir, lakin əksi də istisna olunmur. Bu baxımdan, ehtimal etmək olar ki, bu alim də ölkədən çıxmağı planlaşdırıbmış və ona görə də partlayış yolu ilə aradan götürülüb.
«Əl-Cəzirə» telekanalının Tehrandan yaydığı xəbərə görə, professor İranın nüvə proqramına bağlı kadrlardan olub. Telekanala müsahibə verən iranlı məmur demişdi : «İranın atom proqramına bağlı olan istənilən şəxs xarici kəşfiyyatın hədəfi ola bilər».
Tehran hakimiyyəti İsrail və ABŞ-ı dəfələrlə bu sayaq məsələlərdə ittiham edib. Hələ ötən ilin fevralında Britaniya və İtaliya qəzetləri yazmışdı ki, İsrail İranın atom fiziklərinə qarşı «gizli savaş» aparır.
Tehran iddia edir ki, ABŞ-da həbsdə saxlanıldığı deyilən Bektaş Fəttahi, Əmir Şirzad Əmirquluxani, Əliəmir Nəzmi, Həsən Səid Kaşari, Əlirza Əsgəri, Kanadada tutulan Mahmud Yadigari, Gürcüstanda həbs olunan Əmirhüseyn Ərdəbili, Almaniyada saxlanılan Möhsün Əfrasiyabi, Britaniyada tutulan İranın İordaniyadakı keçmiş səfiri Nüsrətulla Tacik əsassız olaraq tutulublar.
Bütün hallarda Tehran hakimiyyətinin atom-nüvə proqramı sahəsində şəffaflığı təmin etməməsi bu sayaq olayların baş verməsinə səbəb olur. Vəziyyət belə davam edərsə, daha məşhur atomçulardan birinin oğurlanması istisna edilmir.
Sədrəddin Soltan

836