İranda iki nüvə aliminə qarşı sui-qəsd - YENİLƏNİB
29 noyabr 2010 13:08 (UTC +04:00)

İranda iki nüvə aliminə qarşı sui-qəsd - YENİLƏNİB

Bu gün səhər saatlarında İranın paytaxtı Tehranda avtomobil partladılıb.

Lent.az-ın “al Alam” telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bir universitet müəllimi həyatını itirib. Həmin vaxt eyni zamanda Tehranın digər rayonunda da partlayış olub və 3 nəfər xəsarət alıb. İranın dövlət telekanalı İRİB TV-nin məlumatında isə bildirilir ki, Tehranda terrorçular tərəfindən 1 partlayış törədilib və 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Son məlumatlara görə, hadisələr nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Ölən şəxs Məcid Şəhriyaridir, yaralanan isə Fereydun Abbasidir. Hər iki şəxs nüvə fizikası mütəxəssisidir. İRİB TV terror aktlarında sionist rejimi günahlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar