‘WikiLeaks”: Türkiyənin hazırkı hökuməti “Nabucco” layihəsini istəmirmiş
29 noyabr 2010 11:05 (UTC +04:00)

‘WikiLeaks”: Türkiyənin hazırkı hökuməti “Nabucco” layihəsini istəmirmiş

‘WikiLeaks” saytının yaydığı məxfi diplomatik sənədlər ABŞ-ın Türkiyə hökumətində ən çox qorxduğu və ehtiyatlandığı adamın adını üzə çıxarıb. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, ABŞ diplomatlarının yazışmalarından məlum olub ki, Vaşinqton ən çox Türkiyə xarici işlər naziri Əhməd Davudoğludan çəkilir.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın məsləhətçilərini bacarıqsız sayan amerikalı diplomatlar Əhməd Davudoğlunu isə çox təhlükəli fiqur və Türkiyənin Şərqə meyllənməsinin ideoloqu kimi xarakterizə ediblər. Amerikalılar AKP üzvlərinin çoxunun islam təriqətinin üzvləri olduğunu və Türkiyənin islam dövləti olma yolunda irəlilədiyini vurğulayıblar.

ABŞ-ın Türkiyədəki səfiri baş nazir Rəcəb Tayyib Ərdoğanı isə inadcıl və partiyası üçün avtoritar bir şəxs kimi xarakterizə edir. Amerikalı diplomatlar Türkiyənin Avropa Birliyinə üzvlüyünü də qeyri-mümkün məsələ sayıb, Avropa Birliyi üçün Türkiyənin özü ilə İraq, İran və Suriya arasında bir tampon bölgə olduğunu bildiriblər. Bununla belə, diplomatlar ABŞ-ın Türkiyənin diplomatik səviyyədə Avropa Birliyinə üzvlüyünü dəstəkləməyi, bu mesajların türklərin ABŞ-a rəğbətini artıracağını yazıblar.

Məxfi diplomatik sənədlərdə Azərbaycan hökumətinin Türkiyənin hazırkı hökumətinin müəyyən davranışlarından narahatlıq keçirdiyi barədə məqamlar da var. Burada söhbət yəqin ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqənin bərpa edilməsi ilə bağlı protokolların imzalanmasından sonra yaranmış vəziyyətdən gedir.

ABŞ-ın məxfi diplomatik sənədlərindən o da aydın olub ki, Türkiyənin hazırkı hakimiyyəti əslində “Nabucco” qaz kəmərinin çəkilməsinə o qədər də rəğbətlə yanaşmır. Sənədlərdə Türkiyənin enerji naziri Taner Yıldız Azərbaycanda söylədiyi bu ifadə yer alıb: “Rusiya ilə münasibətləri niyə pozursunuz? Həqiqətənmi Nabuccoya ehtiyac var?”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar