“Wikileaks” – Amerika diplomatiyasının “11 sentyabrı”
ABŞ-ın başının bəlasına çevrilmiş “Wikileaks” saytı növbəti, 250 min məxfi diplomatik sənədi yayıb. Lent.az-ın “Der Spiegel” jurnalına istinadən verdiyi məlumata görə, məxfi sənədlərdən məlum olub ki, ABŞ-ın Almaniya hökuməti bir casusu var.
Baş nazir Angela Merkelin koalisiya ortağı olan FDP üzvləri Almaniyanın bütün sirlərini Vaşinqtona ötürürlər. Sənədlərdə yazılıb ki, Angela Merkel cəsarətsiz, adi bir siyasətçidir. Almaniyanın maliyyə naziri isə əsəbi və yaşlı bir adam kimi xarakterizə edilir. ABŞ dövlət katibi Hillari Klinton sənədlər yayılmazdan öncə Almaniya xarici işlər nazirinə zəng açıb və indidən üzr istədiklərini bildirib.
Məxfi sənədlərdə Cənubi Koreyanın Çinə böyük məbləğdə rüşvət təklif edərək Şimali Koreyanı himayə etməməsini və vahid Koreya qurulmasına yardım göstərməsini istədiyi də üzə çıxıb. ABŞ və Cənubi Koreya Çinə ticarət güzəştləri də təklif ediblər.
ABŞ kəşfiyyatının BMT baş katibindən tutmuş, BMT-nin yüksək vəzifəli şəxslərini izlədiyi də təsdiqini tapıb. Bununla bağlı göstərişin altında 9 dəfə hazırkı dövlət katibi Hillari Klinton və keçmiş dövlət katibi Kondaliza Raysın imzası var. Üstəgəl, ABŞ Böyük Britaniyanın kral ailəsini də izləyir.
Quantanamo həbsxanasındakı əsirlərin göndəriləcəyi ölkələrə isə ABŞ milyonlarla dollar rüşvət təklif edib. Sənəddə Cənubi Sakit okean ölkəsi Kiribatinin, Belçikanın adı çəkilir. ABŞ-ın Narkomaniyaya Qarşı Mübarizə Agentliyi isə Əfqanıstan prezidenti Həmid Kərzayinin köməkçisi Zia Massoudu 52 milyon dolar narkotik vasitə qaçaqmalçılığı həyata keçirərkən yaxalayıb. Bu da Əfqanıstanın hazırkı hökumətinin narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu təsdiqləyir.
Sənədlərdə İranın Şimali Koreyadan 19 ədəd “R-27” adlı Rusiya istehsalı olan və nüvə başlığı daşıya bilən raket aldığı da qeyd olunub. Bu raketlər Avropanı və Rusiyanın paytaxtı Moskvanı vura biləcək potensialdadır.

608