Amerikalı admiral: «İran nüvə silahı yaratmaq niyyətindədir»
29 noyabr 2010 10:19 (UTC +04:00)

Amerikalı admiral: «İran nüvə silahı yaratmaq niyyətindədir»

Amerika Hərbi qərargahları birləşmiş komitəsinin başçısı admiral Mayk Mallen CNN-ə müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar artıq kifayət qədər uzun müddətdir ki, İranla bağlı problemin hərbi yolla həlli məsələsini nəzərdən keçirir.

Onun sözlərinə görə, bununla belə ABŞ administrasiyası problemin diplomatik yolla həllinə üstünlük verir. Admiral bildirib ki, danışıqlar aparmaq, problemi diplomatik yolla çözməyə səy göstərmək lazımdır, bununla yanaşı, gerçəklikdən, «İranın niyyətinin dəyərləndirilməsindən də aralanmaq olmaz».

Mayk Mallen daha sonra bildirib: «Atom-nüvə proqramının dinc məqsədli olmasına inanmıram. Xüsusi xidmət orqanların əldə etdiyi məlumatlara əsasən, İran nüvə silahı yaratmaq niyyətindədir».

Yeri gəlmişkən, bir müddət öncə admiral bildirmişdi ki, Tehranın atom silahına yiyələnməsi bütövlükdə Yaxın Şərq üçün fəlakət olacaq.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar