İstanbulu qasırğa vurub
27 noyabr 2010 19:44 (UTC +04:00)

İstanbulu qasırğa vurub

İstanbulu güclü külək və yağışla müşahidə olunan qasırğa vurub. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, boğazlarda gəmi və tankerlərin hərəkətinə qadağa qoyulub.


Hündürlüyü 3 metri keçən nəhəng dalğalar İstanbulun Kadıgöy rayonunda sahildən keçən yolun çökməsinə yol açıb. Yolun 20 metrlik hissəsi dağılıb. Polis yolu bağlayıb, avtomobillərin bu yolla hərəkətinə icazə verilmir. Nəhəng dalğalar sahillərdəki balıqçı qayıqlarını da suya sovurub. Şəhərdə ağaclar qırılıb, reklam lövhələri aşıb. Xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.

Qasırğanın sabaha doğru zəifləyəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar