“Narıncı inqilab”ın nənəsi öldü
27 noyabr 2010 16:06 (UTC +04:00)

“Narıncı inqilab”ın nənəsi öldü

Lent.az-ın “UNİAN” agentliyinə istinadən verdiyi məlumata görə, yaşlı qadının ölümünün səbəbi açıqlanmır.

Ternopol vilayətində sağıcı işləmiş Praskovya Vasilyevna Korolyuk 1939-cu ildə anadan olub, 7-ci sinfə qədər oxuyub. O, narıncı inqilab dönəmində meydanında Ukrayna xalqının ən parlaq təmsilçilərindən biri olub. 2004-cü ilin prezident seçkilərində Mərkəzi və Qərbi Ukraynanı kəndbəkənd gəzən Praskovya Vasilyevna Korolyuk seçiciləri Viktor Yuşşenkoya səs verməyə çağırıb. “Narıncı inqilab”ın qələbəsindən və 2005-ci ildə Viktor Yuşşenkonun prezident seçilməsindən sonra Praskovya Vasilyevna Korolyuk “İnqilab Qvardiyası” nişanı və Knyagina Olqa ordeni ilə təltif olunub.

2010-cu ilin prezident seçkilərində Vkitor Yanukoviç qalib gələndən sonra o, aktiv şəkildə müxalifətin aksiyalarında iştirak etməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar