İran Buşəhr AES-ni işə saldı
27 noyabr 2010 15:14 (UTC +04:00)

İran Buşəhr AES-ni işə saldı

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə İranın Atom Energetikası üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

O, yanacağın doldurulmasının nə zaman başa çatdığını bildirməyib. Amma əlavə edib ki, proses “heç bir təbliğat və səs-küy salınmadan” həyata keçirilib.

Salehi bildirib ki, İran 1-2 ay ərzində stansiyanın hasil etdiyi enerjini istehlak edə biləcək. Bu, AES-in 2010-cu ilin sonunda işə salınacağı və layihə gücünə çıxarılacağı ilə bağlı əvvəllər qoyulan plana uyğun gəlir.

Qeyd edək ki, Buşəhr AES-nə yanacaq doldurulması prosesi avqustun 21-də başlayıb. Elə o zaman stansiyanı tikən rusiyalı mütəxəssislərin iştirakı ilə təntənəli açılış olub.

Buşəhr AES-i üçün yanacağı Rusiya təqdim edir. İşlənilən yanacaq da geriyə Rusiyaya qaytarılacaq. AES-in işə salınması ilə bağlı Rusiya-İran birgə müəssisəsi yaradılıb. Razılaşmaya görə, ilkin mərhələdə AES paritet əsaslarla hər iki ölkəyə məxsus olacaq. Amma zaman keçdikcə Rusiyanın payı azalacaq və 2-3 il sonra tam şəkildə İranın ixtiyarına keçəcək.

Buşəhr AES-nin tikintisinə 1970-ci illərin ortalarında başlanıb. Amma ölkədəki İslam İnqilabından sonra Almaniya İrana qarşı sanksiyalara qoşularaq layihədə iştirakdan imtina edib. Layihə 1992-ci ildən başlayaraq rusiyalı mütəxəssislərin hesabına bərpa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar