Sabah Misirdə parlament seçkiləri keçiriləcək, qarşıdurma başlayıb
27 noyabr 2010 13:05 (UTC +04:00)

Sabah Misirdə parlament seçkiləri keçiriləcək, qarşıdurma başlayıb

Bazar günü Misirdə parlament seçkiləri keçiriləcək. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, prezident Hüsnü Mübarəkin Milli Demokrat Partiyasına qarşı Müsəlman Qardaşlar Hərəkatından müstəqil namizədlər yarışacaq.

5 min namizədin yarışacağı seçkidə pozitiv ayrı-seçkilik çərçivəsində qadın namizədlərə kvota tətbiq olunacaq. Qanuna görə, 508 yerlik parlamentdə qadınlara 64 mandat ayrılacaq.

200 namizədlə seçkiyə qatılan Müsəlman Qardaşlar Hərəkatının tərəfdarları Misirin Tanta şəhərində etiraz aksiyası keçirib. 7 minə yaxın nümayişçi iqtidar əleyhinə şüarlar səsləndirib. Polislə toqquşmada 34 millət vəkilliyinə namizəd və 1250 partiya üzvü həbs edilib.

İsgəndəriyyə şəhərində isə parlament seçkiləri məhkəmə qərarı ilə təxirə salınıb. Buna səbəb olaraq Müsəlman Qardaşları Hərəkatı ilə əlaqəsi olan namizədlərə hökumət tərəfindən seçkidə qadağa qoyulması göstərilib.

Qeyd edək ki, Misirdə hazırkı parlamentin tərkibinin beşdə birini seçkilərdə müstəqil olaraq iştirak etmiş Müsəlman Qardaşlar Hərəkatının deputatları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar