“Əl-Qaidə”nin 149 üzvü həbs edilib
Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları son 8 ayda bu şəxsləri həbs etməyə nail olub.
Silahlılar “əl-Qaidə”yə bağlı olan 19 özəyə mənsubdurlar. Onların 124 nəfəri Səudiyyə Ərəbistanı, qalanları isə Eriteriya, Somali, Banqladeş və Yəmən vətəndaşlarıdır. Silahlılar saxlanılan zaman onların üzərindən 597 min 237 dollar götürülüb.
Səudiyyə Ərəbistanının daxili işlər naziri Mansur Türki deyib ki, terrorçular ölkədə hakimiyyət orqanlarının binalarına, neft platformalarına hücuma hazırlaşırlarmış.
Qeyd edək ki, bu ilin iyununda “əl-Qaidə” bəyan edib ki, əgər terror təşkilatının üzvləri azadlığa buraxılmasa, Səudiyyə Ərəbistanının şahzadəsi və ölkənin yüksək rütbəli şəxsləri girov götürüləcəklər.

562