Ərəbistanda insanın qanını donduran vəhşilik - FOTO
24 noyabr 2010 19:56 (UTC +04:00)

Ərəbistanda insanın qanını donduran vəhşilik - FOTO

Səudiyyə Ərəbistanında ailələrdə xidmətçi kimi çalışıb, 3 bacı-qardaşını oxutmağı qarşısına məqsəd qoymuş indoneziyalı Sumiatinin başına müsibət gətirilib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, iyul ayından başlayaraq, Səudiyyə Ərəbistanında çalışan 23 yaşlı gənc qızın yaşadığı dəhşət bu ölkədə neft pulları ilə harınlaşanların insana necə münasibət bəslədiyini ortaya qoyub. Evində çalışdığı şəxs Sumiatinin dodaqlarını qayçı ilə kəsib, bədəninə ütü basıb, sümüklərini qırılana kimi döyülüb. O, keçən həftə Kral Fahd Xəstəxanasında yerləşdirilib. Sumiatinin çoxlu qan itirməsi ilə bərabər, uzun müddət ac saxlanıldığı da ortaya çıxıb. Ərəb mətbuatında Sumiatinin xəstəxanada çəkilmiş şəkillərinin işıq üzü görməsi İndoneziya ictimaiyyətini ayağa qaldırıb.

İndoneziyanın paytaxtı Cakartada Səudiyyə Ərəbistanı səfirliyi önündə minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirilib. İndoneziyanın Səudiyyə Ərəbistanındakı səfiri isə Sumiatini xəstəxanada ziyarət edib. Səfir onun səhhətinin yaxşılaşdığını bildirib. İndoneziyada etirazlar isə səngimir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, 700 min indoneziyalı Səudiyyə Ərəbistanında ev işlərində çalışır. Ancaq qeydiyyatdan kənar indoneziyalılarla birlikdə bu rəqəmin 1 milyon nəfəri keçdiyi bildirilir. İndoneziya mətbuatında zaman-zaman indoneziyalıların Səudiyyə Ərəbistanında çalışdıqları ailələrdə fiziki, cinsi və psixoloji işgəncəyə məruz qaldıqları barədə xəbərlər yer alıb. 2009-cu ildə isə Abha şəhərində 36 yaşlı indoneziyalı Kikim Komalasarinin cəsədi aşkarlanıb. Cəsədin üzərində çoxlu sayda qamçı və kəsik izləri olub. Lakin İndoneziya hökuməti Səudiyyə Ərəbistanı ilə münasibətləri korlamamaq üçün belə xəbərlərə diqqət ayırmayıb. Bu dəfə isə Sumiatinin şəkilləri mediada yer aldığı və ictimaiyyətin kəskin etirazları müşahidə olunduğu üçün İndoneziyanın səfirinə bu məsələni diqqətdə saxlamaq tapşırılıb. Buna səbəb həm də Səudiyyə Ərəbistanında çalışanların İndoneziyaya 7,5 milyard dollar civarında vəsait göndərmələridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar