Şimali Koreya: Vəziyyət müharibə həddinə çatıb
24 noyabr 2010 18:29 (UTC +04:00)

Şimali Koreya: Vəziyyət müharibə həddinə çatıb

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Koreya rəhbərliyinin bəyanatını Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb. Bəyanatda qeyd olunur ki, Cənubi Koreyanın hərəkətləri iki Koreya arasında münasibətlərin normallaşdırılması ilə bağlı prosesi pozub və vəziyyət müharibə həddinə çatıb. Pxenyan Cənubi Koreyanı hədələyərək bildirib ki, əgər qarşı tərəfin ordusu atəş açarsa və dəniz sərhədlərini pozarsa, dağıdıcı zərbə endiriləcək.


Şimali Koreyaya ərzaq yardımını dayandıran Cənubi Koreya isə Sarı dənizdə ABŞ ilə birlikdə hərbi təlimə hazırlaşır. ABŞ-ın təyyarədaşıyan “George Washington” gəmisi artıq 6 min şəxsi heyət və 75 qırıcı təyyarə ilə Yaponiyanın Yokosuka limanındakı hərbi bazadan hərəkətə başlayıb.

Müşahidəçilər ABŞ və Cənubi Koreyanın Sarı dənizdə birgə təlimə başlamasının müharibənin alovlanmasına və uzun müddətli olmasına yol açacağından ehtiyatlanırlar. Məsələ ondadır ki, Sarı dənizdə Şimali və Cənubi Koreya arasında şərti sərhəd Koreya yarımadasında 19501953-cü illərdə baş verən müharibədən sonra ABŞ tərəfindən müəyyənləşdirilib. Şimali Koreya bu dəniz sərhədlərini tanımır. 2007-ci ildə Şimali və Cənubi Koreyanın rəhbərliyi mübahisəli dəniz sularının əməkdaşlıq və sülh zonasına çevrilməsi barədə razılığa gəlib. Lakin Cənubi Koreyanın 2008-ci ildə qurulan hökuməti Şimali Koreya ilə yaxınlaşma kursunu dəyişib və bundan əvvəl tərəflər arasında imzalanmış 3 razılaşmanı ləğv edib. Buna görə də Şimali Koreyanın Sarı dənizdə mübahisəli ərazilərdə ABŞ donanması və Cənubi Koreya ordusunun birgə təliminə atəşlə cavab verəcəyi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar