Tehranı toz-duman bürüyüb - FOTO
Tehran toz-dumana bürünüb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İranda bu gün qeyri-iş günü elan edilib və bu qərar dövlət televiziyası ilə elan olunub.
Bu gün İranda fabrik və zavodlar, dövlət idarələri işləməyib, məktəblər bağlı olub. Qərarda qeyd olunur ki, həftənin əvvəlindən Tehranda havanın çirklənməsi müşahidə olunur və bu gün çirklənmənin ən yüksək səviyyəyə çatacağı gözlənir.
Qeyd edək ki, Tehranda bundan əvvəl də qum fırtınaları və havanın çirkli olması səbəbindən bir neçə dəfə tətil elan olunub. İran paytaxtında belə durumun yaranmasının səbəbi şəhərin iki dağ arasında yerləşməsi, bu bölgədə küləyin nadir hallarda əsməsi və az yağışın yağmasıdır. Şəhərdə sayı çox olan köhnə avtomobillərdən çıxan zəhərli qazlar da havanın çirklənməsinə ciddi təsir göstərir.

704