Subay qızlara mobil telefon qadağan edilib
Hindistanın Uttar Pradeş əyalətinin Balihan kəndinin məclisi qızların fərqli kastalardan olan kişilərlə münasibət qurmamaları üçün onların mobil telefondan istifadə etməsinə qadağa qoyub.
Lent.az-ın “Calcutta Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, kənd məclisi keçən il 23 cütlüyün ailələrindən icazəsiz evlənmək üçün qaçmasından sonra bu qərarı qəbul etməyi lazım bilib.
Kəndin ağsaqqallarından biri deyib ki, onlar cütlüklərin cib telefonu vasitəsi ilə evdən qaçmaq planı hazırladıqlarına inanırlar. Buna görə də mobil telefonlar subay qızlar üçün qadağan olunub, oğlanlar isə yalnız ailələrinin nəzarəti altında mobil telefondan istifadə edə biləcəklər.

1390