Erməni və gürcülərin NATO sammitində fahişə qalmaqalı
24 noyabr 2010 16:16 (UTC +04:00)

Erməni və gürcülərin NATO sammitində fahişə qalmaqalı

NATO-nun Brüsseldə keçirilən sammitinə qatılan Gürcüstan və Ermənistan nümayəndə heyətlərinin tədbirdə iştirakları xüsusi olaraq yadda qalıb. Lent.az-ın Portuqaliyanın “Correio da Manha” qəzetinə istinadən verdiyi məlumata görə, gürcülərlə ermənilər qaldıqları oteldə 80 fahişə ilə ziyafət təşkil ediblər.

Səs-küy o qədər böyük olub ki, bu oteldə qalan Fransa prezidenti Nikolas Sarkozi otel administrasiyasına şikayətlənib. Otel rəhbərliyi gürcülərlə ermənilərdən özlərini sakit aparmağı tələb edib. Daha sonra otel administrasiyası ziyafətə dəvət edilənlərin fahişə olduğunu öyrənib və ziyafəti təcili başa çatdırmaq lazım gəlib.

Otelə polis çağırılıb və bu faktla bağlı protokol tərtib olunub. Qəzet yazır ki, olayın baş verdiyi otel Portuqaliya paytaxtında ən təmtəraqlı və nüfuzlu otellərdən biridir.

Gürcüstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Gürcüstan parlamentindəki müxalifət təmsilçiləri nümayəndə heyətinin Lissabondakı hərəkətləri ilə bağlı araşdırma aparılmasını tələb ediblər. NATO sammitində iştirak edən Gürcüstan prezidenti Mixail Saakaşvilinin isə həmin vaxt o oteldə qalıb-qalmadığı bilinmir.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan isə Portuqaliya qəzetində dərc olunan yazını absurd adlandırıb və şərh verməyə ehtiyac görməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753

Oxşar yazılar