Ermənilər Rusiyada cinayətkarlıq sahəsində liderdirlər
Rusiyada hazırda 7 milyondan çox xarici ölkə vətəndaşı var və onların 4 milyonu əmək miqrantıdır. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovskiy söyləyib.
O deyib ki, qanunvericiliyin yaratdığı imkanlardan istifadə edən MDB ölkələrinin vətəndaşları Rusiya ərazisində işlədikləri üçün vergi ödəmirlər. MDB ölkələrinin vətəndaşları 3 ay ərzində Rusiyada turist vizası ilə qala bilərlər: “Ukraynalılar 3 ay ərzində Rusiyada işləyir, sonra öz ölkələrinə qayıdırlar. Ancaq onlar vergi ödəmirlər. Qanunu daha çox Moldova vətəndaşları pozur, onlar da Rusiyada işləsə də, vergi ödəmirlər. Özbəklər və taciklərlə bağlı da vəziyyət oxşardır”.
Rusiya Federal Miqrasiya Xidmətinin direktoru ölkə ərazisində cinayətlərin 3,5 faizinin miqrantlar tərəfindən törədildiyini də bildirib: “Cinayətləri əsasən Tacikistan, Özbəkistan və Ermənistan vətəndaşları törədirlər”.

574