Aktyor qılıncla anasının başını kəsib
24 noyabr 2010 12:02 (UTC +04:00)

Aktyor qılıncla anasının başını kəsib

Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, noyabrın 22-dən 23-ə keçən gecə amerikalı aktyor Maykl Brea anasının başını kəsib.

“Kifir qadın” teleserialı ilə məşhurlaşan 31 yaşlı aktyor anasının başını samuray qılıncı ilə kəsib. Bu zaman onun əlində “İncil” kitabı da olub. O, öz mənzilində anasının başını kəsən zaman “İncil”i yüksək səslə oxuyub. Qadının qışqırığını qonşular eşidiblər.

Maykl Breanı saxlamaq üçün elektroşok cihazından istifadə etmək lazım gəlib. Aktyor psixi ekspertizadan keçirilmək üçün xəstəxanaya aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1342

Oxşar yazılar