Super dələduz belə olar...
24 noyabr 2010 10:03 (UTC +04:00)

Super dələduz belə olar...

ABŞ və Əfqanıstan hökumətinin “Taliban” Hərəkatı ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı apardığı məxfi danışıqlar qalmaqalla başa çatıb.

Lent.az-ın “Nyu-York Times” qəzetinə istinadən verdiyi məlumata, ABŞ və Əfqanıstan rəsmiləri “Taliban” liderlərindən biri olan molla Axtar Məhəmməd Mansur ilə danışıqlar apardıqlarını sanıblar.

ABŞ və NATO rəsmiləri 3 dəfə bu şəxslə görüşüblər. Yalançı molla Axtar Məhəmməd Mansur NATO təyyarəsi ilə Əfqanıstana uçub, Prezident Sarayında aparılan danışıqlarda iştirak edib. Bu danışıqlara qatılması üçün ona böyük məbləğdə pul ödənilib. Sonradan onun molla Axtar Məhəmməd Mansur olmadığı müəyyənləşdirilib. Ancaq bu danışıqlardan sonra yalançı molla Axtar Məhəmməd Mansur gizlənib və onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322

Oxşar yazılar