Ukrayna 2013-cü ildə ATƏT-in sədri olacaq
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bu qərar noyabrın 23-də ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında qəbul olunub. Prezident Viktor Yanukoviç deyib ki, bu, beynəlxalq ictimaiyyətin Ukraynanın demokratik cəmiyyət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür. O bildirib ki, ATƏT demokratiya, söz azadlığı və insan hüquqları sahəsində tanınan və qəbul edilən əsas beynəlxalq təşkilatdır.
Qeyd edək ki, hazırda ATƏT-ə Qazaxıstan sədrlik edir. 2011-ci ildə Litva, 2012-ci ildə isə İrlandiya qurumun sədri olacaq.

733