ABŞ-ın başına bəla olan adamı həbs qərarı da dayandırmır
Yayımladığı gizli sənədlərlə ABŞ ordusunu çətin vəziyyətdə qoyan “Wikileaks” internet saytı yenidən ölkəni silkələməyə hazırlaşır. Lent.az-ın “trt.net.tr" saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, sayt yaxın zamanda daha öncə İraqla bağlı yayımladığı sənədlərdən 7 dəfə çox və daha məxfi olan sənədləri yayımlayacağını açıqlayıb.
Xatırladaq ki, yayımladığı sənədlərlə ABŞ əsgərlərinin İraq və Əfqanıstanda törətdiyi insanlıqdan kənar cinayətləri ifşa edən saytın sahibi Culiyan Asanc müxtəlif ittihamlara hədəf olub və ötən həftə İsveç Məhkəməsi onun haqqında beynəlxalq həbs qərarı çıxarıb
Lakin Culiyan Asanc isə bu qərarlardan qorxmadığını yeni bəyanatları ilə nümayiş etdirib. O, saytda 400 min yeni sənəd yaymağa hazırlaşdıqlarını söyləyib. “Twitter”də qısa bir mesaj yazan Culiyan Asanc sənədlərin gələcək aylarda yayımlanacağını bildirib, ancaq məzmun haqda məlumat verməyib. O qeyd edib ki, məzmun haqda məlumat verildiyi zaman sənədlərin və məlumatların təhrif edilmə təhlükəsi çox olur.

800