İsraildə normadan artıq su işlədənin atasını yandıracaqlar
23 noyabr 2010 20:03 (UTC +04:00)

İsraildə normadan artıq su işlədənin atasını yandıracaqlar

Bu ilin isti keçməsi, yağışların yağmaması səbəbindən İsraildə su təchizatı ilə bağlı böhranlı vəziyyət yaranıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Su Resursları İdarəsi bəyan edib ki, su böhranına qarşı mübarizə aparmaq üçün fövqəladə proqram hazırlanıb və gələn həftənin əvvəli hökumətə təqdim olunacaq.

Proqram şəxsi istifadəçilər üçün suyun qiymətinin növbəti dəfə bahalaşmasını nəzərdə tutur. Ancaq bahalaşmanın hansı səviyyədə olacağı hələ açıqlanmır. Su Resursları İdarəsi adambaşına düşən normal su həcmindən artıq su sərf edənlərə isə böyük məbləğdə cərimələr nəzərdə tutub. Onu da qeyd edək ki, təkcə 2010-cu il ərzində İsraildə suyun qiyməti 30 faiz qalxıb.

Su Resursları İdarəsi 2011-ci ildə kənd təsərrüfatı üçün 370 milyon kubmetr, yəni 2010-cu ildəki qədər su ayırmaq niyyətindədir və bu həcmi artırmaq barədə düşünmür. Kənd təsərrüfatı naziri Şalom Simxon isə bildirib ki, əgər kənd təsərrüfatı üçün ayrılan suyun miqdarı artırılmasa, İsrail ərazisində kartof və kələm becərilməsi tamamilə dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar