Türkiyədə tarixi kilsə satışa çıxarılıb - FOTO
23 noyabr 2010 18:14 (UTC +04:00)

Türkiyədə tarixi kilsə satışa çıxarılıb - FOTO

Lent.az-ın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Mete Yalçın adlı şəxs özünə məxsus olan və xüsusi mülkiyyəti kimi qeydiyyata salınmış kilsəni satışa çıxarıb. O, 9 il əvvəl başqa bir şəxsdən buranı satın alıb və kilsədə restoran açmaq istəyib. Lakin dövlət orqanları ona restoran açmağa icazə verməyib.

Kilsənin qiyməti 400 min türk lirəsidir (təxminən 180 min dollar). Artıq ilk müştəri də var. Kilsənin yerləşdiyi və cəmi 200 nəfər əhalisi olan Qumqaya kəndinin sakinləri kilsəni almaq istəyir. Lakin kəndin muxtarı Ramiz Batmaz hər sakinin cəmi 1000 lirə ödəyə biləcəyini deyib. Bu isə 200 min lirə edir.

Bu kilsə Bizans imperatoru 4-cü Konstantinin göstərişi ilə 780-797-ci illərdə tikilib və dünyadakı ən qədim 3-cü katolik kilsəsi hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar