Bişkek “Manas” adlandırıla bilər
23 noyabr 2010 19:27 (UTC +04:00)

Bişkek “Manas” adlandırıla bilər

Qırğızıstan prezidentinin siyasi məsələlər üzrə məsləhətçisi Topçubek Turqunaliyev paytaxt Bişkekin adının dəyişdirilməsini təklif edib. Lent.az-ın “24.kg” agentliyinə istinadən verdiyi məlumata görə, o, Bişkekin adının Manas qoyulmasını istəyib.

Qırğızıstan paytaxtının adının dəyişdirilməsi təşəbbüsünün prezident Roza Otunbayevadan qaynaqlanıb-qaynaqlanmadığı hələ bilinmir. Manas qırğız eposunun əsas qəhrəmanının adıdır və bu, dünyada ən uzun eposdur. Topçubek Turqunaliyev Manasın qırğızların milli ideologiyasının əsası olduğu barədə qanun layihəsi qəbul edilməsini də zəruri sayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736

Oxşar yazılar