Erməni jurnalistlər Türkiyədə saxlanılıb
23 noyabr 2010 13:55 (UTC +04:00)

Erməni jurnalistlər Türkiyədə saxlanılıb

Ermənistanda fəaliyyət göstərən “Gala TV” kanalının əməkdaşları Türkiyədə saxlanılıb.


Lent.az-ın İHA-ya istinadən verdiyi məlumata görə, buna səbəb həmin şəxslərin Qars şəhərində icazəsiz çəkiliş aparması olub. Belə ki, “Gala TV”-nin əməkdaşları bir həftə əvvəl Türkiyəyə gediblər və bu müddətdə Qarsda çəkiliş aparıblar. Ancaq çəkiliş aparmaq üçün Türkiyədə heç bir rəsmi qurumdan icazə almayıblar.


Qars Polis İdarəsinə aparılan televiziya əməkdaşlarının Türkiyəyə qanuni yolla daxil olduqları müəyyənləşib. Onlara icazəsiz çəkiliş aparılmasının qanunsuz olduğu barədə yazılı xəbərdarlıq edilib. Bundan sonra kanal əməkdaşları sərbəst buraxılıb və onlar polislərin nəzarəti altında Türkiyədən ayrılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar