Erməni hərbçilərinin ölümünün səbəbkarının adı açıqlanıb
APA-nın məlumatına görə, “Aykakan Jamanak” qəzeti hadisəni atışma zamanı yaralanmış Manvel Azroyanın törətdiyini bildirir. Qəzetin yazdığına görə, Azroyan hərbçilərə atəş açıb, sonra isə intihar etmək istəyib. Lakin onun intihar cəhdi baş tutmayıb. Hazırda Azroyan Xankəndidə hərbi hospitalda həkim nəzarəti altındadır, ölən hərbçilərin yaxınlarının qisas almaq istəyini əngəlləmək üçün xəstəxana ciddi nəzarətə götürülüb. Yaralılardan biri İrəvana aparılıb, onun üzərində iki dəfə cərrahiyyə əməliyyatı aparılsa da, həkimlər Sarqis Melkumyanın vəziyyətinin ağır olduğunu bildirirlər.
“Qraparak” qəzetinin yazdığına görə, Manvel Azroyan döyüş postundan 150 metr kənarda aşkarlanıb, onun bədənində dörd güllə yarası olub. Hadisə postda döyüş növbəsi çəkən vaxt baş verib. Hərbçilər arasında SD-pleyerə qulaq asmaq üstündə mübahisə baş verib və mübahisə atışma ilə nəticələnib.
Xatırladaq ki, Xatırladaq ki, noyabrın 19-dan 20-nə keçən gecə Azərbaycanın işğal olunmuş ərazilərini öz nəzarətində saxlayan Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə yaxın hərbi hissələrinin birində ölümlə nəticələnən insident baş verib. APA-nın “ARMTODAY”a istinadən yaydığı məlumata görə, separatçı rejimin rəsmi dairələri hadisə zamanı ölən və yaralananların olduğu, cinayət işi başlandığı və faktla bağlı araşdırma aparıldığı barədə xəbər yaymaqla kifayətlənib. “DQR Müdafiə Nazirliyinin mətbuat katibi” Senor Asratyan “ARMTODAY”ə ölən və yaralananların sayı ilə bağlı məlumat verməkdən imtina edib. O ölümlə nəticələnən insidentin hərbi hissə daxilində, yoxsa cəbhə xəttində baş verməsi ilə bağlı sualı da cavablandırmaqdan yayınıb: “Hazırda hadisənin təfərrüatları araşdırılır, bundan başqa heç nə deyə bilmərəm”.
APA-nın özəl mənbələrdən əldə etdiyi məlumata görə isə qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən hərbi hissədə erməni hərbçiləri arasında atışma baş verib. Atışma nəticəsində 20-dən artıq erməni hərbçisi ölüb, 30-dan artıq şəxs yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır, mənbə qeyd olunan rəqəmlərin sayının arta biləcəyini istisna etməyib. Ermənistan tərəfi isə insident zamanı 4 əsgərin öldüyünü, dörd hərbçinin isə yaralandığını bildirir.

509