Məşhur sovet pilotunun qalıqları və təyyarəsi 68 il sonra tapıldı
22 noyabr 2010 16:58 (UTC +04:00)

Məşhur sovet pilotunun qalıqları və təyyarəsi 68 il sonra tapıldı

Lent.az-ın məlumatına görə, Demyansk bölgəsində pilotun düşdüyü yer bu ilin əvvəllərində təyin olunub və axtarışlara cari ilin ortalarında başlanıb.

Ağır texnikanın daxil ola bilmədiyi ərazidə qazıntı işləri əllə aparılıb. Çətinliklərdən sonra ötən həftə təyyarənin qalıqları və pilotun sümükləri bataqlıqdan çıxarılıb. Qavrilovun cəsədinin qalıqları təyyarənin kabinəsində olub. Onun dəbilqəsi və pilot kombinezonu çürüsə də qalıqlar nümunə kimi götürülüb. Tədqiqatlar zamanı məlum olub ki, təyyarənin əlvan metallardan ibarət hissələri bir vaxtlar naməlum şəxslər tərəfindən sökülüb, pilotun saatı, paraşütü və tapançası üzərindən götürülüb.

Qeyd edək ki, uzun müddət SSRİ-də haqqında onlarla bədii əsərlər yazılan M. Qavrilov və onun eskadrilyası 30 aprel 1942-ci ildə alman təyyarələri ilə döyüşdə məhv edilib. Həmin gün döyüş tapşırığını yerinə yetirərkən Qavrilovun qrupu almanların avtomobil karvanına hücum edərək 95 avtomobili sıradan çıxarıb, 5 zenit-pulemyot nöqtəsini, silah sursatlarla dolu bir neçə anbarı partladıb, xeyli sayda canlı qüvvəni məhv edib. Geri qayıdan 9 təyyarədən ibarət sovet aviasiya eskadrilyası Almaniya Hərbi Hava Qüvvələrinin 38 “Messerşmid” təyyarəsi ilə qarşılaşıb və məhv edilib.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar