İranda qalstuk problemi də həll edildi – FOTO
Lent.az-ın fransız saytlarına istinadla xəbərinə görə, Hemat Komeili adlı dizayner islam qaydalarına uyğun qalstuku patentləşdirib. İmam Əli adlanan qalstuk formaca zülfüqara (Həzrəti Əlinin qılıncı) bənzəyir. Qalstukun üzərinə isə bir hədis həkk edilib. Komeilinin dediyinə görə, artıq “onun ixtirası böyük şiə alimləri tərəfindən bəyənilib”.
Xatırladaq ki, seçkilərdən sonra İran prezidenti gəncləri ələ almaq məqsədi ilə üz qırxmağın və qalstuk taxmağın islama zidd olmadığını bəyan etsə də, mollalar bu təklifə ciddi cəhdlə etiraz ediblər.
Onu da qeyd edək ki, “qalstuk inqilabı” və Barbinin İran modeli beynəlxalq mediada ciddi maraq doğurub.
Görəsən embarqo məngənəsində çabalayan ölkə daha hansı “ixtiraları” ortaya qoyacaq?
Vüqar

1476