Vəba qurbanlarının sayı 917 nəfər çatdı, BMT çağırış etdi
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə Haiti Səhiyyə Nazirliyi məlumat yayıb.
Təkcə ötən həftənin cümə günü vəba 121 nəfərin ölümünə səbəb olub. Vəba epidemiyası Hatinin 10 əyalətində tüğyan edir, indiyə qədər 14 642 nəfər xəstəxanada yerləşdirilib. Hökumət 27 nəfərin artıq vəbanın qurbanı olduğu paytaxt Port-o-Prensdə epidemiyanın yayılmaması üçün səy göstərir. Paytaxtda zəlzələdən zərər çəkmiş 1.1 milyon insanın yaşadığı çadır şəhərciyində vəbanın yayılma təhlükəsi var.
BMT dünya ictimaiyyətinə Haitiyə vəba ilə mübarizə üçün gələn il 164 milyon dollar ayırmağa çağırıb. BMT-nin hesablamalarına görə, 200 min haitiliyə vəba yoluxa bilər.
Qeyd edək ki, dünyanın ən yoxsul ölkələrindən olan Haitidə iki həftədən sonra, noyabrın 28-də prezident və parlament seçkiləri keçiriləcək.

636