İranı «BMT Qadınları» Şurasına buraxmadılar
12 noyabr 2010 19:12 (UTC +04:00)

İranı «BMT Qadınları» Şurasına buraxmadılar

«Qazeta.ru»-nun məlumatına əsasən, «BMT Qadınları» adlı yeni agentliyin icraiyyə komitəsində İranın təmsil olunmasına icazə verilməyib. ABŞ bu olaydan razı qaldığını açıq-aşkar bildirib.

Şurada Asiya dövlətləri üçün ayrılmış 10 yerə o qədər namizəd irəli sürülüb. Əvvəlcə İslam Respublikasının bir kreslo almaq imkanı olsa da sonradan o, bu imkanı itirib. Belə ki, bir neçə il öncə İndoneziyadan ayrılmış Şərqi Timor da namizədliyini irəli sürmək istədiyini bildirib. Nəticədə İrandan olan təmsilçi yetərincə səs toplaya bilmədiyindən ölkə bu yeri itirib.

BMT-dəki mənbənin bildirdiyinə görə, Şərqi Timor ABŞ, Britaniya və Fransanın təşəbbüsü ilə namizədlərin siyahısına salınıb. «BMT Qadınları» agentliyi şurasının tərkibi elan olunduğu zaman İran nümayəndəsini bu siyahıda görməyən Amerikanın qurumdakı təmsilçisi bildirib: «İranın şurada təmsilçiliyindən ehtiyat etdiyimiz gizlətmirdik. Onun quruma üzv olması şuranın işinə problem yaradardı».

Asiya dövlətləri qrupundan İran icraiyyə komitəsinə düşməyən yeganə ölkə olub. Hətta qadınların haqları ən çox pozulan, eləcə də onlara avtomobil sürməyi yasaqlayan Səudiyyə Ərəbistanı, zorlamaya görə dünyada ön yerlərdən biri tutan Konqo belə şurada təmsil olunur.

Heç şübhəsiz, Səkinə Aştianiyə qarşı çıxarılmış daş-qalaq hökmü də buna təsir edib. Ümumilikdə isə İslam Respublikasının belə beynəlxalq qurumlarda «oyundan kənar» vəziyyətdə saxlanılması həm də beynəlxalq ictimaiyyətin İrana münasibəti kimi dəyərləndirmək olar. Başqa sözlə, yalnız atom-nüvə proqramına görə deyil, insan haqlarını, o cümlədən qadın hüquqlarını pozduğu üçün Tehran hakimiyyəti etimaddan düşüb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar