Türkiyə BVF-in İcra Direktorları Şurasına üzv ola bilər
Türkiyənin Beynəlxalq Valyuta Fondunun İcra Direktorları Şurasına daxil olması üçün imkan yaranıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, dövlət naziri və baş nazirin müavini Əli Babacan inkişaf etmiş Avropa ölkələrindən ikisinin BVF İcra Direktorları Şurasındakı yerlərini buraxacaqlarını deyib.
Nazir qeyd edib ki, “G-20” nazirlər toplantısında BVF-nin 24 yerlik İcra Direktorları Şurasında 9 yeri olan inkişaf etmiş Avropa ölkələrindən ikisi yerlərini inkişaf etməkdə olan ölkələrə verməyə razılaşıblar. Qərar kvota islahatlarından sonra icra ediləcək.
Boşalacaq iki yeri hansı ölkələrin hansı şərtlər altında tutacağı isə hələlik məlum deyil. Əli Babacan bu yerlərdən birini Türkiyənin tutması ilə bağlı ümumi razılaşma olduğunu, ancaq hələlik məsələnin dəqiqləşmədiyini, yaxın zamanlarda bu haqda müzakirələrin başlayacağını bildirib.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
19 iyun 2025 , 16:51
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57
İsrail Tehrana və İranın digər bölgələrinə zərbələr endirir
19 iyun 2025 , 05:50
Yaponiyada güclü zəlzələ baş verdi
19 iyun 2025 , 04:48
Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32
İsrail 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurdu
19 iyun 2025 , 00:32