
“Atatürkün Naxçıvanla bağlı cəhdi illər sonra səmərəsini verdi” - Mustafa Şentop

“Qardaş Azərbaycanın Qarabağ və digər işğal altında olan bölgələri qəti hərbi qələbə ilə geri almasından sonra ölkəmizlə Orta Asiyada yaşayan qardaşlarımızla aramızda birbaşa quru yolu və dəmiryolu əlaqələrinin təmin olunması imkanı yaranıb”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.
“Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq için göstərdiyi cəhd illər sonra səmərəsini verdi. Ölkə olaraq bu qovuşmağın sevincini yaşayırıq. Tarixi İpək Yolunu həmişə birlikdə canlandıracaq, Orta Asiyada yaşayan qardaşlarımızla iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimizi təkmilləşdirəcəyik. Ölkəmizdə həyata keçirdiyimiz kommunikasiya investisiyalarını və bu mövzudakı podratçı təcrübəmizi Orta Asiyaya daşıyacağıq”, - TBMM sədri vurğulayıb.

Oxşar yazılar

20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edildi
19 yanvar 2021 , 14:11
Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN
19 yanvar 2021 , 12:12
Vətən müharibəsində şəhid olanların yeni SİYAHISI
18 yanvar 2021 , 17:33
Prezidentdən insanların əlindən torpaq alanlara XƏBƏRDARLIQ
18 yanvar 2021 , 16:26