Mirzə Cəlil haqqında yeni kitab çıxdı
27 noyabr 2020 10:32 (UTC +04:00)

Mirzə Cəlil haqqında yeni kitab çıxdı

Tənqidçi-ədəbiyyatşünas Mehman Qaraxanoğlunun “Mirzə Cəlil yanğısı” kitabı çap olunub.

Lent.az kulis.az-a istinadla xəbər verir ki, mövcud elmi qənaətləri nəzərdən keçirərək, özünəməxsus yeni təhlil strategiyaları təklif edən kitabın baş redaktoru akademik İsa Həbibbəyli, redaktoru AMEA-nın müxbir üzvü Tehran Mustafayev, elmi redaktoru AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov, rəyçiləri akademik Muxtar İmanov və professor Təyyar Salamoğludur.

“Mirzə Cəlil yanğısı” Azərbaycan Dillər Universiteti Elmi Şurasının 11 noyabr 2020-ci il tarixli qərarına əsasən dərs vəsaiti kimi təsdiq edilib.

Xatırladaq ki, içərisində Kulis-də yayımlanan yazıların da yer aldığı kitabda bir neçə məqalə Mirzə Cəlilin həmkarı və müasiri Əbdürrəhim bəy Haqverdiyevə həsr olunub.

# 1654
avatar

Oxşar yazılar