Premyer Liqa klublarının heyətləri neçəyə  başa gəldi? – Lider “Mançester Siti”  deyil
08 sentyabr 2026 09:53 (UTC +04:00)

Premyer Liqa klublarının heyətləri neçəyə başa gəldi? – Lider “Mançester Siti” deyil

0

Britaniyanın futbol maliyyəsi üzrə məşhur mütəxəssisi Kiran Maquayr daha bir maraqlı infoqrafika yayıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu infoqrafikada Premyer Liqa klublarının heyətləri, xüsusən də rəhbərliyin onlara nə qədər pul xərclədiyi əks olunur.

Keçən ilki mövsümdə “Liverpul” komandası 980 milyon funt sterlinqlə birinci yeri tutub. “Mançester Siti” 969 milyon funt sterlinqlə ikinci, “Çelsi” isə 918 milyon funt sterlinqlə üçüncü olub.

Uzun bənövşəyi xətlərə diqqət yetirdinizmi? Klubun icarəyə verdiyi oyunçuların dəyərləri bu qədərdir. Yeri gəlmişkən, "Mançester Siti" 267 milyon funt sterlinqlə liderlik edir. "Çelsi" isə 257 milyon funt sterlinqlə ikinci yerdədir.

Digər Premyer Liqa klublarının mövqelərini cədvəldə görə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar