Bakıda nənə və nəvəni maşın vurdu: biri öldü
11 noyabr 2020 12:49 (UTC +04:00)

Bakıda nənə və nəvəni maşın vurdu: biri öldü

Bakıda yolu keçən nənə və nəvəni avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini A.Alıyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Məsmə Alıyevanı və nəvəsi Turanı vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın ölüb, nəvəsinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

# 757
avatar

Mehman Nəbiyev

Oxşar yazılar