Koronavirus hər saatda təxminən 17 iranlını öldürür
06 noyabr 2020 14:56 (UTC +04:00)

Koronavirus hər saatda təxminən 17 iranlını öldürür

İranda ötən sutka ərzində 424 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın TEhran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 37409 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8864  nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 663800 nəfərə yüksəlib.   

İranda indiyədək 509952 nəfər koronavirusdan sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923

Oxşar yazılar