Sirkə turşusundan iki nəfər ZƏHƏRLƏNİB
23 oktyabr 2020 11:48 (UTC +04:00)

Sirkə turşusundan iki nəfər ZƏHƏRLƏNİB

Ötən ay sirkə turşusundan zəhərlənmə ilə bağlı iki müraciət olub.

Bu barədə Lent.az-a Bakı şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

Bildirib ki,  zəhərlənənlərdən biri evə buraxılsa da, digəri hələ də xəstəxanada müalicə alır. Sirkə turşusu içənlərin hər ikisi qadındır.

Eyni zamanda, sentyabr ayında dəm qazından zəhərlənmə ilə bağlı 3, dərmanlardan zəhərlənmə ilə bağlı 6 müraciət olub. Ölüm halı qeydə alınmayıb.

 

 

# 733
avatar

Aygün İbrahimli

Oxşar yazılar